Münaqişə səbəbilə Azərbaycandan Ermənistana qaz və elektrik xətlərinin kəsilməsi Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə idi.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunda deyib. O, regiona sülh gələcəyinə və Ermənistanın sovet dövründəki kimi enerji mənbələrini şaxələndirə biləcəyinə ümidvar olduğunu bildirib.
“Münaqişə səbəbilə Azərbaycandan Ermənistana qaz və elektrik xətlərinin kəsilməsi Ermənistanın qaz və elektrik sistemləri üçün sarsıdıcı hadisə idi. Çünki biz o zamanlar qazı Azərbaycandan alırdıq və biz həmin vaxt ölkəmizə qaz tədarükü üçün Gürcüstan vasitəsilə yeni qaz xəttinin inşasına başladıq. Mən ümid edirəm ki, regionumuza sülh dövrü gələcək və biz əməkdaşlıq edə, həmin vaxtlarda olduğu kimi enerji sistemlərimizi şaxələndirə biləcəyik”, - nazir müavini deyib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib