2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 750.7 milyon manatlıq içki və tütün məmulatları satılıb.
“İki sahil”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayında isə bu göstəricinin həcmi 178.9 milyon manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 85 milyon 78 min dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. Bu dövrdə ölkədə tütün məmulatlarının istehsalı isə 671.2 milyon manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 447,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 251,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 196,4 manatlıq qeyri-ərzaq malları alıb.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib