Dövlət Vergi Xidməti funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət
Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransında Xidmətin rəisi Orxan Nəzərli deyib.
"DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq" - O. Nəzirli qeyd edib.
DVX rəisi həmçinin, mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini, vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini əlavə edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib