Mərkəzi Asiyadan Avropaya neft və qaz tədarükünün ən qısa yolu məhz Zəngəzur dəhlizindən keçəcək.
“İki sahil” xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev jurnalistlərə deyib.
"Şərqlə Qərb, eləcə də, Şimalla Cənub arasında nəqliyyat dəhlizləri məhz Azərbaycan ərazisindən keçir ki, bu da ölkəni mühüm dövlətə çevirir. Buraya Zəngəzur dəhlizini də əlavə etsək, Azərbaycan Şərqlə Qərb arasında son dərəcə mühüm dövlət olacaq. Hazırda çox sayda layihələr müzakirə olunur. Misal üçün, Mərkəzi Asiyadan Avropaya neft və qaz tədarükünün ən qısa yolu məhz Zəngəzur dəhlizindən keçəcək", - o deyib.
Qeyd edək ki, Azərbaycan təklif olunmuş Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Böyük potensiala malik olan bu marşrut "Bir kəmər, bir yol" layihəsinin davamı, o cümlədən Şimal-Cənub dəhlizinin bir hissəsi ola bilər.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib