Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Çin və Avropa ölkələri arasında trafikin artmasını nəzərə alaraq Orta Dəhlizdən maksimum yararlanmaq imkanlarını araşdırır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş katibi Umberto de Pretto bildirib.
Bununla belə, onun sözlərinə görə, Azərbaycandan keçən bu dəhliz Çin və Avropa arasında ən qısa, amma eyni zamanda ən çətin marşrutdur: "Çünki, Orta Dəhliz multimodal nəqliyyatdan istifadəni tələb edir, iki dənizdən və bir çox ölkələrdən keçir. Bundan əlavə bizim Şimal və Cənub dəhlizləri kimi seçimimiz var".
Qonaq Azərbaycanın xeyrinə olacaq Orta Dəhlizdən daha səmərəli istifadə olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, dəhlizin inkişafı üçün mövcud vasitələrdən istifadə etmək lazımdır.
“Biz Azərbaycanın Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə bütün iştirakçılar arasında zəmanət və elektron məlumat mübadiləsi ilə Orta Dəhlizin faydalarından maksimum istifadəni təmin etmək üçün TIR sistemindən istifadəni necə təkmilləşdirməyi müzakirə etdik", - deyə baş katib qeyd edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib