Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi aparılıb.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Milli Depozit Mərkəzi, "Bakı Fond Birjası" QSC və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz baş tutdu. Görüşdə bu ilin 9 ayında ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işləri və bu sahənin maliyyə sistemindəki rolunu müzakirə etdik, mövcud investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib