Azərbaycanda sosial infrastrukturun inkişafına daha çox diqqət ayrılmalı, bu sahə inkişaf etdirilməlidir.
“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı ölkə meneceri Ştefani Ştalmeyster (Stefanie Stallmeister) bildirib.
Onun sözlərinə görə, Azərbaycan nəqliyyat infrastrukturu sahəsində böyük işlər görüb, mühüm irəliləyişlər əldə edib: "Bunlara çəkilən dəmir yolları, avtomobil yolları, hava limanları və sair daxildir. Lakin nəqliyyat infrastrukturu ilə yanaşı, sosial infrastrukturun da inkişafına diqqət yetirilməli, bu istiqamətdə işlər görülməlidir. Təhsil müəssisələri, səhiyyə müəssisələri açılmalıdır. Hər ikisi əhəmiyyətlidir və biri-birinə paralel şəkildə həyata keçirilməlidir".
S.Ştalmeyster əlavə edib ki, nəqliyyat infrastrukturunda böyük inkişaf var, bunu sosial infrastrukturda da görmək istəyirik: "Bu, eyni zamanda özəl sektorun da inkişafını sürətləndirəcək”.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 4,5 milyard ABŞ dollarından çox kredit ayırıb./report/
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi