Naxçıvan Muxtar Respublikasında aşkar olunan bəzi nöqsanlar onların hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
"Bu il Palata bölgənin əhatə dairəsində olan dövlət müəssisə və təşkilatlarında 9 audit aparıb. Auditlərin nəticələri ümumiləşdirilərək ümumi xarakterli nöqsanların hamısı qruplaşdırılıb. Bu nöqsanların biziləri bizə hüquqi bazanın təkmil olmamasından irəli gəldiyini deməyə əsas verir", - deyə o qeyd edib.
"Hüquqi bazanın təkmil olması dövlət büdcəsinin layihəsi və icrası dövrlərini tam şəkildə əhatə etdiyindən bununla bağlı muxtar respublikanın rəhbərliyi ilə təkliflər vermək fikrimiz var. Bu təkliflər büdcənin həm layihələndirilməsi, həm də icrası dövründə büdcənin daha təkmil olmasına töhfəsini verməlidir", - deyə sədr əlavə edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi