2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin əhəmiyyətli hissəsinin keçid layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına növbəti ildə maliyyəşdirilməsi nəzərdə tutulan ümumi dəyəri 23594,1 mln. manat təşkil edən 230 layihə üzrə proqnozlaşdırılmış 2239,5 mln. manatın 155,4 mln. manatı 29 yeni layihə, 2084,1 mln. manatı isə 201 keçid layihə üzrə nəzərdə tutulmuşdu. Ümumi dəyəri 1854,0 mln. manat təşkil edən 110 layihənin 2024-cü ildə başa çatdırılması üçün 484,8 mln. manat vəsait proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Hesablama Palatasına təqdim edilmiş məlumatların təhlili göstərir ki, başa çatdırılmamış investisiya layihələri üzrə tələb olunan investisiya məbləği dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin həcmindən dəfələrlə çoxdur.
Qeyd edək ki, növbəti ilin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin əhəmiyyətli hissəsinin keçid layihələrin maliyyələşdirilməsinə yönəldilməsi və aşağıda göstərildiyi kimi ilbəil xarici kreditlər hesabına həyata keçirilən layihələrin xüsusi çəkisinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərində artırılması nəzərdə tutulur.
Keçid layihələrin sayının və həcminin artması layihə obyektlərinin fiziki aşınması, layihələrin yenidən qiymətləndirilməsi, prioritetliyin itirilməsi və əlavə büdcə vəsaitinə tələbatın yaranması ilə bağlı riskləri formalaşdıra bilər.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi