Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.
NİİM-dən "İki sahil"ə verilən xəbərə görə, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır. Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib. Kəsişmədə edilən dəyişiklikdən sonra bu yoda sıxlığın qarşısı qismən alınıb.
Qeyd olunub ki, bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi