Şamaxı rayonunun bəzi kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinin, Adnalı, Kərkənc, Mirikənd, Məlikçobanlı, Çaylı, Qaravəlli, Sabirli, Çarhan, Quşçu, Məlcək, Kələxana, Göylər, Dağ Bağırlı, Nüydü və Yenikəndin qaz təchizatında müvəqqəti fasilə olacaq.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi