“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən "İki sahil"ə verilən məlumata görə, belə ki, 8, 9, 10, 11 və 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilərək əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunub.
Məlumat üçün bildirək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib