Böyük Britaniyanın enerji şirkəti olan BP ABŞ-da yeni neft və qaz resurslarına ehtiyac duymur.
“İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin müvəqqəti icraçı directoru Murray Auchincloss regionda mümkün yeni layihələrlə bağlı KİV-də yayılan xəbərləri şərh edərkən bildirib.
Qeyd olunub ki, bazar ertəsi Reuters mənbələrə istinadən yazıb ki, BP ABŞ-da şist qazı hasilatını artırmaq üçün birgə müəssisələrin yaradılması imkanını nəzərdən keçirir.
“ABŞ-da bizə resurs (neft və qaz - red.) lazım deyil. Çox yüksək keyfiyyətli və bəzi rəqiblərin əldə etdiklərindən aşağı olmayan inanılmaz artım templərinə malik bir çox resursumuz var”, - Murray Auchincloss bildirib.
BP-nin Amerikanın qurudakı təbii qaz yataqlarında (şist biznedi – red.) müştərək müəssisələr yaratmağa çalışması barədə agentliyin xəbərinə də münasibət bildirən şirkət nümayəndəsi qeyd edib ki, mətbuatda yayılanbu şayiələr həqiqətə uyğun deyil.
Xatırladaq ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır.
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib