Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun iclası keçirilib.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iclasda aidiyyəti dövlət qurumlarının, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələrinin iştirak edib. Nazir müavini Sahib Məmmədovun sədrliyi ilə virtual formatda keçirilən növbəti iclasda “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.
Ötən ilin yayında Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq EBRD-nin "Yaşıl Şəhərlər Proqramı"na qoşulmuşdur. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu Proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi, koordinasiyanın təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə İdarəedici qrup təşkil olunub.
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib