Bakının Nərimanov rayonunun Sabit Rəhman və Xan Şuşinski küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Dəyişikliyə əsasən kəsişmədən Azadlıq prospekti və Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib. Azadlıq prospektindən Sabit Rəhman küçəsinə "Giriş qadağandır" nişanı vurulub.
Eyni zamanda, Xan Şuşinski küçəsi və Maqsud Əlizadə küçələrinin kəsişməsində də hərəkətin təşkilində dəyişiklik edilib. Dəyişikliyə əsasən kəsişmədən Azadlıq prospekti və Maqsud Əlizadə küçəsinin kəsişməsinə qədər olan yolun istiqaməti bir tərəfli təşkil edilib.
Xan Şuşinski küçəsindən Maqsud Əlizadə küçəsi ilə Azadlıq prospekti istiqamətinə "Giriş qadağandır" nişanı quraşdırılıb.
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib