01 noyabr 2023 09:19
192

54 yaşlı qadını avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Binnətova Ziyafət Zöhrab qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.