İqtisadiyyat Nazirliyi "İnnovativ fəaliyyətlər" haqqında qanun layihəsi hazırlayıb.
“İki sahil” xəbər verir ki, bunu nazir müavini Elnur Əliyev Bakıda keçirilən "Təhsilin İnkişafı Forumu 2023" tədbirində bildirib.
Onun sözlərinə görə sənəd yaxın vaxtlarda hökumətə təqdim olunacaq.
"Qanun layihəsi müxtəlif dövlət qurumları ilə birgə hazırlanıb. İnnovativ fəaliyyətlərin çərçivələrini müəyyən edirik. Bundan irəli gələn strategiyanın olması, fəaliyyətin tənzimlənməsi zəruri olacaq. Bu gün üçün innovasiyada vahid baxışın olması vacibdir”, - deyə nazir müavini qeyd edib.
O həmçinin əlavə edib ki, müxtəlif sahələrdə innovativ həllərlə bağlı qanunvericiliyə düzəlişlər olub.
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib