Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə-bank sektorunun vəziyyəti müzakirə edilib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumda IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi, Fondun Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələr missiyası ilə görüş keçirilib. Görüşdə ölkədə makroiqtisadi vəziyyət, pul siyasəti, inflyasiya gözləntiləri, maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib.
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib