Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
"Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınma müddətini yarıya yaxın endirməyə imkan verəcək", - deyə Baş nazir qeyd edib.
Qazaxıstanın Baş naziri Çinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal şəkildə istifadə etməyə çağırıb.
"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib