06 noyabr 2023 10:49
202

DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə görə xəbərdarlıq edib

DYP cərimə ödənişiylə bağlı yaradılan saxta səhifələrə etibar edilməməsinə dair xəbərdarlıq edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən "İki sahil"ə verilən məlumatda bildirilib ki, sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur:

"Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır. Son günlər “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” internet saytıyla bağlı şikayətlərin sayı artıb. Araşdırma zamanı bu saytın ABŞ-də yaradıldığı və ölkəmizlə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir".