19 noyabr 2023 18:25
244

Hindistan Ermənistana yeni silahlar göndərəcək - VİDEO

Hindistan Ermənistana özüyeriyən “MArG 155” haubitsalarını tədarük edəcək.

“İki sahil” xəbər verir ki, “Bharat Forge” şirkəti çatdırılmanı təsdiqləyib.

İrəvanın bu artilleriya qurğusunu sifariş etməsi ilə bağlı məlumatlar ilk dəfə hələ mart ayında mediada yer alıb.

Qeyd edək ki, “MArG” sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. 39 kalibrli lüləsi olan artilleriya silahının atəş məsafəsi 24-30 kilometr arasındadır.