20 noyabr 2023 21:56
227

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq

Bu gün Ağdam şəhəri günüdür. Bu əlamətdar gün şanlı ordumuzun 44 günlük Vətən müharibəsindən sonraya təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik sahədə əldə etdiyi fenomenal qələbənin təzahürü olaraq imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam şəhəri düşmən tapdağından azad edildi. 30 ildən sonra həmvətənlərimiz öz dədə-baba torpaqlarına ayaq basdılar.

2020-ci ildən bu yana dövlətimiz digər azad edilmiş rayonlarda olduğu kimi Ağdamın bərpa olunması üçün də mühüm addımlar atır. Möhtərəm prezident tərəfindən artıq bir çox vacib infrastrukturların təməli qoyulub. Xüsusilə avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilib. Zamanla hər birimiz Ağdam, eləcədə digər azad edilmiş şəhər və rayonlarımızda yüksək inkişafın şahidi olacağıq. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq.

Müşfiq Məmmədli,
Milli Məclisin deputatı