Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.
Nazirlikdən “İki sahil”ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.
Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
Sabah təmirlə əlaqədar Xocasən qəsəbəsinin Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq