Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,18 % artaraq 85,66 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 81,42 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir