Azərbaycan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) ilə İKT və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyir.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkəmizdə səfərdə olan UNECE-nin icraçı katibi Tatyana Molçanla görüşdük, İKT və nəqliyyat sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik, bu istiqamətlərdə kadr potensialının artırılması məqsədilə həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir