Dünyanın aparıcı kriptovalyutası - bitkoin 37,8 min ABŞ dollarına kimi bahalaşıb.
“İki sahil” xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,1 %, son 7 gündə isə 4 % artıb.
Nəticədə bitkoinin kapitallaşması 739 milyard ABŞ dollarına kimi yüksəlib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,8 %, son bir həftədə isə 8 % artaraq 2 087 ABŞ dollarına çatıb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (2,83 % artım) olub.
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,44 trilyon ABŞ dollarıdır.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir