Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur.
Hesabat dövründə içkil və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,2 %-ni, idxal isə ümumi idxalın 0,55 %-ni təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir