Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 97 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.
10 ay ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 11,1 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 49,6 % və yaxud təxminən 2 dəfə azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,01 %-ni təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir