Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, Fidan iki ölkənin yüksək vəzifəli şəxsləri arasında məsləhətləşmələrin və görüşlərin davam etdirilməsinin əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib.
Abdullahian İran və Türkiyənin digər müsəlman ölkələri ilə birlikdə Fələstin xalqına dəstək üçün daha güclü tədbirlər görməsinin vacibliyini vurğulayıb.