Bazar ertəsi neft qiymətləri enməkdə davam edib, treyderlər “OPEC+” nazirlərinin noyabrın 26-dan 30-a təxirə salınan görüşünü gözləyirlər.
"İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1 barel üçün 79,85 dollar təşkil edir. Bu, əvvəlki sessiyanın bağlanışından 0,73 ABŞ dolları (0,91 %) aşağıdır.
Nyu-York əmtəə birjasında WTI neftinin yanvar fyuçersləri 0,73 ABŞ dolları (0,97 %) ucuzlaşaraq 1 barel üçün 74,81 ABŞ dolları olub.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir