2023-cü ilin noyabr ayının 1-nə Azərbaycanda manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7.31%, xarici valyuta ilə isə 1.67% təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü iə müqayisədə manatla müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 1.3 faiz bəndi, xarici valyuta ilə isə 0.33 faiz bəndi azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının 1 -nə manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 8.61%, xarici valyuta isə 2% təşkil edirdi.
Qeyd edək ki, kommersiya bankları tərəfindən cari ilin noyabr ayının 1-nə yeni verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 15.79% və 6.33% təşkil edib. Xatırladaq ki, ötən ilin noyabr ayının 1-nə bu göstərici manatla 15.87%, xarici valyuta ilə isə 4.44% olub.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir