Fövqəladə Hallar Nazirliyi Bakı-Quba-Rusiya yolundakı yanğın barədə məlumat yayıb.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrliyində yerləşən məişət tullantıları poliqonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda havanın güclü küləkli olmasına baxmayaraq yanğınsöndürənlər tərəfindən tüstülənmə ocaqlarının söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir. Açıq alov mənbələri müşahidə olunmur.
Əlavə məlumat veriləcək.
Alyona Əliyeva Bakıda keçirilən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından görüntülər paylaşıb
Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib