Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 85,216 dollara bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,132 dollar və ya 0,15% azdır.
“İki sahil” xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (I gün) – 86,86 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 83,17 dollar səviyyəsində olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir