2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 394 milyon 970 min dollar təşkil edib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.2% və ya 12.8 milyon dollar azalıb.
Qeyd edək ki, cari ilin on ayı ərzində Azərbaycandan İrana 12 milyon 280 min, İrandan Azərbaycana isə 382 milyon 690 min dollar dəyərində məhsul ixrac olunub. Beləliklə illik müqayisədə Azərbaycanın İrana ixracı 45.8% və İranın Azərbaycana ixracı isə 0.6% azalıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,04%-i, idxalının isə 2.7%-i İranın payına düşüb.
Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir