Qazaxıstan, Azərbaycan və Gürcüstan orta dəhliz ticarət marşrutunun diversifikasiyasında mühüm rol oynayır. Təchizat zəncirlərinin yönləndirilməsində, ölkələrarası ticarətin dayanıqlığının artırılmasında və Rusiya Çin kimi ənənəvi regional ticarət tərəfdaşlarından asılılığın azaldılmasında orta dəhlizin mühüm rolu olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib.
Qeyd olunub ki, bu istiqamətdə formalaşan xüsusi siyasət nəticəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan istehsal fəaliyyətlərinin kütləviliyini təşviq etməklə ixrac həcmini və məhsulların əlavə dəyərini artıra bilər.
"2021-2030-cu illər üçün üç ölkənin yük bazasında ümumi potensial 90 milyon ton (+44 faiz) təşkil edəcək. Bunun 70 milyon tonu Qazaxıstandan əlavə ixracın payına düşəcək", - deyə vurğulanıb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir