Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Azərbaycan Ticarət Evi bu ölkənin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Qida Sərgisində iştirak edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Ticarət Evinin icraçı direktoru Şahmar Kərimov bildirib.
Onun sözlərinə görə, sərgi ötən gün başlayıb və sabah başa çatacaq.
“Azərbaycan Ticarət Evi sərgidə öz stendi ilə təmsil olunur. Məqsəd yerli şirkətlərlə əməkdaşlıq əlaqələri qurmaq, məhsullarımızı tanıtmaq və daxili bazarda tələbatın çox olduğunu məhsulları öyrənməkdir", - deyə icraçı direktor qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir