2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi illik müqayisədə 47.5% artaraq 2 milyard 574,3 milyon dollar təşkil edib.
Bu barədə “İki sahil” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir.
Hesabat dövründə Azərbaycandan Çinə ixrac 39.7% artaraq 73 milyon 696 min dollara, Çindən Azərbaycana ixrac isə 47.7% artaraq 2 milyard 500.6 milyon dollara bərabər olub.
Qeyd edək ki, cari ilin on ayında Azərbaycandan Çinə 27.1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, bu dövrdə Azərbaycanın ümumi ixracının 0,25%-i, idxalının isə 17.64%-i Çinin payına düşüb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir