Xəzər Boru Kəməri Konsorsiumu (CPC) tərəfindən neft qəbuluna qoyulan məhdudiyyətlər səbəbindən, Qazaxıstanın iri yataqlarında hasilat 56% azalıb.
"İki sahil”in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika nazirinin müşaviri Şınqız İlyasov bildirib:
"Hazırda ölkənin iri yataqlarında hasilatın azalması 56% təşkil edir. Qazaxıstan Respublikasının Energetika Nazirliyində vəziyyətin nə vaxta qədər normallaşa biləcəyi ilə bağlı məlumat yoxdur. Yaxın vaxtda azalma və hasilatın tənzimlənməsi göstəriciləri indiki səviyyədə qalacaq”.
Noyabrın 27-də CPC mətbuat xidməti məlumat yayıb ki, konsorsium fırtına səbəbindən Novorossiysk yaxınlığındakı dəniz terminalında neftin aşırılmasını dayandırıb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir