28 noyabr 2023 16:33
385

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun birinci günündə iki panel başa çatıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun birinci günündə iki panel başa çatıb.

“İki sahil” xəbər verir ki, birinci panel sessiya "Mədəniyyət və yaradıcı sənaye ekosisteminin inkişafı: beynəlxalq perspektiv" mövzusuna həsr edilib.

Panel çərçivəsində yaradıcı sənaye ekosisteminin yaradılması və inteqrasiyası məsələsi bir sıra xarici mütəxəssislərlə birgə müzakirə edilib.

Sessiya çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun sözügedən sahədə inkişaf perspektivləri xüsusilə vurğulanıb.

Forumun ikinci panel sessiyası isə "Mədəniyyət və yaradıcı sənayelər: İxrac potensialı, beynəlxalq əməkdaşlıq" mövzusu ətrafında baş tutub.

Burada iştirakçılar yaradıcı sənaye anlayışının beynəlxalq əməkdaşlığa cəlb edilməsi, onun ixrac potensialının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Panel sessiyaları ümumi müzakirələrlə davam etdirilib.