Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev bu ölkənin xarici işlər naziri Sergey Aleyniklə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus XİN “X” platformasında yazıb.
Tərəflər Bakı ilə Minsk arasında əməkdaşlıq üzrə yol xəritəsinin hazırlanmasını müzakirə ediblər.
Belaruslu diplomat ölkələrarası siyasi dialoqun intensivləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylərə görə səfirə təşəkkür edib.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib