Noyabrın 24-də “Bakı Metropoliteni” QSC tarixi rekorduna yaxın - 867 310 sərnişin daşıyıb.
“İki sahil” xəbər verir ki, bu, həmin gün paytaxtda rəsmi tədbirlərin keçirilməsi ilə əlaqədar olub.
Bakı metrosunun tarixində ən çox sərnişin daşınması isə 2018-ci il dekabrın 24-də qeydə alınıb. Belə ki, yeni il şənlikləri ilə əlaqədar həmin gün 882 254 sərnişin daşınıb. 2019-cu il noyabrın 29-da isə metronun xidmətindən 852 984 sərnişin istifadə edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir