29 noyabr 2023 10:01
205

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bir sıra çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq edir

Prezident, cənab Ali Baş Komandan İlham Əliyev cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının-SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçıları ilə ZİRVƏ görüşü keçirib. Prezident bu ZİRVƏ görüşündə bəzi əsas məqamları qeyd edib. İlham Əliyev “ Bu il BMT-nin Mərkəzi Asya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci il dönümüdür. Hazırda Azərbaycan SPECA-ya rəhbərlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasına hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin ZİRVƏ görüşü. ilk dəfə keçirilir. Mərkəzi Asya ölkələrinin rəhbərlərinə ZİRVƏ görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm” sözləri ilə təşəkkürünü bildirmişdir.

Hər bir beynəlxalq platformanı ölkəmizin milli maraqların qorunması və inkişaf etməsi üçün legitim fürsətə çevirən Prezident İlham Əliyev olduqca aktual və bəzi ölkələr üçün ağır “həzm” olunan mesajları növbəti dəfə dünyaya ötürdü. Sıravi vətəndaş kimi fəxr edirəm ki, dünya üçün həyati əhəmiyyət kəsb edən çağırışlarla çıxış edən dövlət başçısının rəhbərlik etdiyi bir ölkədə yaşayıram. Bu çıxış və ifadələr niyə də dillər əzbəri olmasın? Niyə bu çıxışlar beynəlxalq mətbuatda dərc olunan məqalələrin başlıqlarına çevrilməsin? Yoxsa böyük siyasətə və qlobal çağırışlara dair hansısa ölkənin inhisarçılığı var və onlar bu inhisarçılığı əldən buraxmaq istəmir?! Sual açıqdır və mütləq olaraq təhlil olunmalıdır.

Çəkinmədən deyə bilərik ki, Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycan Prezidentinin səsləndirdiyi növbəti fikir beynəlxalq münasibətlər sisteminin müasir əxlaq kodeksinin fəlsəfəsini müəyyən etmək iqtidarındadır: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil”. Prezidentin bəzi ölkələrin beynəlxalq siyasi “əxlaqsızlığına” işarə edərək öz fikrini növbəti sözlərlə inkişaf etdirdi: “Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.” Əlbəttə ki, Prezident İlham Əliyevin sözügedən sözlərinin ünvanı, ilk növbədə, Azərbaycanın qonşusu olan Ermənistandır. Ancaq “iki və ya daha çox stulda oturmaq istəyi” xəstəliyinə yoluxmuş ölkələrin sayı heç də az deyil. Müasir beynəlxalq münasibətlər sisteminin özəl xüsusiyyətlərini ifşa edən bu cür mesajlar qaçılmaz olaraq ölkələrarası münasibətlərdə yeni yanaşma və baxışlarının formalaşmasını labüd edir

Prezident qeyd etmişdi ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çox tərəfli formatlarda uğurlu əməkdaşlıq ediblər. Bu gün mənim dəvətlimlə ZİRVƏ görüşündə Gürcüstan və Macarıstan baş nazirləri və Körfəz Əməkdaşlıq Şurasının baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən ZİRVƏ görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.

Ləman Şamilova,
Bakı şəhəri Z.T.Yusifov adına 194 №-li tam orta məktəbin tarix  müəllimi,
YAP Xətai rayon təşkilatının "Zakir Yusifov küməsi 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü