29 noyabr 2023 09:40
158

Ölkəmiz heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən asılı dövlət deyil

Hər bir ölkənin təhlükəsizliyi onun ilk öncə təmin olunması proseslərindən biridir. Hər dövlətin sabit şəraitdə olması onunla iş və işlər görülə biləcəyi anlamına gəlir. Azərbaycan da öz sabitliyini qoruyub saxlayan dövlətləri sırasındadır. Bu Azərbaycan prezidentinin məğrur siyasəti nəticəsində yaranmışdır. Heydər Əliyev yolunu inamla yürüdən İlham Əliyev ölkənin hər zaman rifahına çalışan liderdir. Buna aprel döyüşünü və vətən müharibəsini göstərmək olar. Öz çıxışlarında Azərbaycannın siyasi yollarlada torpağını işğaldan azad edə biləcəyini  dəfələrlə eşitmişik.Yaxın keçmişə baxsaq bir sıra beynəlxaq idman yarışlarının, musiqi festivallarının Azərbaycana təyin olunması, elə Azərbaycanın tam demokratik, sabit olduğun göstərir.

İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya meydanına, geosiyasi mübarizə poliqonuna, “demokratiya laboratoriyası”na, dini, etnik müstəvidə qarşıdurma sahəsinə çevrilən region ölkələrindən fərqli olaraq öz milli qüdrətini artırıb. İstər siyasi ekspertlərin şərhlərində, istər müxtəlif araşdırma mərkəzlərinin strateji tədqiqatlarında, istərsə də reytinq institutlarının hesabatlarında diqqət yetirilən ümumi məqam var: Azərbaycanın sabitlik adası - təhlükəsizlik məkanıdır.

Ölkəmiz heç bir dövlətdən, regional və beynəlxalq güc mərkəzindən, hansısa təşkilat və qurumdan asılı deyil, öz təhlükəsizliyini təmin edir, yaxın və ya uzaq ölkələrin təsirinə məruz qalmır: Liderin uğurlu daxili və xarici siyasəti hesabına. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına  hədəflənib.

İlham Əliyev “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyə bildirir. Vətəndaş fərdi, cəmiyyət isə ictimai anlam daşıyır. Dolayısıyla, siyasətin mərkəzində dayanan vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması mühüm ictimai-siyasi əhəmiyyət daşıyır. Dövlət başçısı güclü dövlət konsepsiyasının tərkib hissəsi olan bu siyasətin reallaşdırılmasında ictimai amillərə xüsusi önəm verir. Yəni, vətəndaş fəallığının, təşəbbüskarlığının və iştirakçılığının təmin olunması. Bu, bürokratiyanı və stereotipləri istisna edir, dövlət-vətəndaş ahəngdarlığını yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir. Beləliklə, insanların rifahının yüksəldilməsi, vətəndaşla dövlət arasında qarşılıqlı inam və etimada əsaslanan münasibətlərin qurulması Azərbaycanın sabitlik adası kimi inkişafına təkan verir, ölkədə təhlükəsizlik mühiti möhkəmlənir.

Nəhayət, Azərbaycanın sabitlik və təhlükəsizlik modeli “Özümüzə güvənirik, öz gücümüzlə təmin edirik” formulu və prinsipi üzərində qurulub. Bunun fərqində olan bəziləri qəbul etmək istəməsələr də... reallıq budur!

Səlimə Paşayeva,
Bakı şəhəri Z.T.Yusifov adına 194 №-li tam orta məktəbin dil-ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Zakir Yusifov küməsi 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü