Gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə iki oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi növbəti dəfə sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir.
"İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva bildirib.
O, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər və qarşıdakı dövrdə vergi siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.
"Qanunvericilik layihələri hazırlanarkən biznes nümayəndələrinin qaldırdıqları bir çox məsələlər il ərzində emal edilib və ayrı-ayrı sektorların fəaliyyətinə töhfə verə biləcək təkliflər hökumətə təqdim olunub", - deyə vergi rəsmisi əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir