29 noyabr 2023 12:33
173

Kürdəmirdə 41 yaşlı kişi intihar edib

Kürdəmirdə 41 yaşlı kişi intihar edib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Səlimov Ariz Söhrab oğlu özünə qəsd edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.