29 noyabr 2023 12:48
128

Azərbaycanın hava nəqliyyatı ilə yük daşımalarından gəlirləri kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 1 352 141,7 min manat təşkil edib, bu da illik müqayisədə 51,1% azdır.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 2 767 082,5 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 103 372,4 min manat olub, bu da 29,3% artım deməkdir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 853 592,9 min manat olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda hava nəqliyyatı ilə 255 min ton yük və 2 170,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 21,9% az və 31% çoxdur.