29 noyabr 2023 13:45
160

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu bərpa olunacaq - SƏRƏNCAM

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 4,5 milyon (dörd milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.