Azərbaycanda neft və qaz istehsalı torpaqların keyfiyyətinin aşağı düşməsi və su ehtiyatlarının çirklənməsini artırır.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub.
Bundan başqa, hesabatda xüsusi olaraq vurğulanıb ki, torpağın rütubətinin azalması, səhralaşma, otlaqların normadan artıq istismar edilməsi otlaq sahələrinin keyfiyyətinin azalmasına gətirib çıxarıb: “Yaranan bu problem nəticə etibarı ilə heyvandarlıq və aqrar istehsalı təmin etmək üçün imkanları azaldır”.
“Yolların, boru kəmərlərinin, digər infrastrukturların tikintisi bir çox hallarda biomüxtəlifliyin itirilməsinə səbəb olub”, - deyə hesabatda vurğulanıb.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir