Stiv Cobsdan hələ xəbər olmayan dövrdə öz kompüterimi yaratmağa başladım.
“İki sahil” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak deyib.
O bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektron cihazlara marağını artırıb. “Karyera yüksəlişi düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Əvvəlcə “Apple 1” kompüterini yaratdım.
Stiv Cobsu “Apple”nin yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkəti yaratmaq ideyasını təklif etdi. "Apple" şirkəti beləcə yarandı. Əsas gəlirlər" Apple 2" kompüteri buraxılandan sonra formalaşmağa başladı”- Stiv Voznyak əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir