Azərbaycan Mərkəzi Bankı (AMB) kibertəhlükəsizlik aspektlərini gücləndirməyin yollarını düşünür.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən "Açıq Bankçılıq və API Qaydaları: Təhlükəsiz Məlumat Paylaşımını və Ödəniş İnnovasiyasını təmin etmək" adlı paneldə deyib.
O bildirib ki, açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq: "Hazırda Azərbaycanda açıq bankçılıq mövcuddur və bunun hüquqi fundamenti var. "Açıq bankçılıq" anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər".
Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb
Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır
Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir